Ordu.az xəbər verir ki, müqaviləyə “Koreya Patriotu” kimi də tanınan bu sistemin 8 batareyası daxildir və dəyərinin təxminən 2,63 milyard dollar olacağı gözlənilir.
Bu saziş Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə əvvəlki razılaşmalardan sonra Cənubi Koreyanın Yaxın Şərqə müdafiə ixracının artırılması istiqamətində daha bir addımdır.
Əl-Abbasi, həmçinin Fransanın 155 mm-lik “Caesar” özüyeriyən haubitsasına dair müqavilə və M1A1 “Abrams” tanklarının modernləşdirilməsi planları da daxil olmaqla, İraq ordusunun artilleriyasını inkişaf etdirməyi və təkmilləşdirməyi hədəfləyən yeni razılaşmalardan danışıb.
O əlavə edib ki, İraqın hərbi satınalma yanaşması Baş nazir Məhəmməd Şiə əl-Sudani dövründə dəyişib, texniki komitələr milli büdcəyə təsiri minimuma endirmək məqsədilə 8 il müddətinə silah müqavilələri üçün çevik ödəniş şərtləri təmin edib.
Sevinc Əliyeva
Ordu.az