Müxtəlif miqdarda “Korkut”un yoxlanılma və qəbul işləri başa çatdırılıb

2024/09/1726291800.jpg
Oxunub: 435     17:28     14 Sentyabr 2024    
Müxtəlif miqdarda Aşağı Hündürlükdə Hava Hücumundan Müdafiə (Korkut) Komanda-Nəzarət və Silah Sistemi vasitəsinin yoxlanılması və qəbulu fəaliyyətləri tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

ASELSAN tərəfindən istehsal edilən “Korkut” Aşağı Hündürlükdə Hava Hücumundan Müdafiə Silah Sistemi Türkiyə Silahlı Qüvvələri tərəfindən sahədə effektiv şəkildə istifadə olunur.

“Korkut” xüsusilə sərhəd bölgəsində xidmət edən Türkiyə ordusunun hərbi qulluqçuları üçün aşağı hündürlükdəki hava təhdidlərinin aşkarlanması, izlənilməsi və məhv edilməsində yüksək effektivlik təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korkut   Türkiyə  


Bizi "telegram"da izləyin