Böyük Britaniya məlumat mərkəzlərinə “kritik milli infrastruktur” statusu verib

2024/09/1726291677.jpg
Oxunub: 310     17:54     17 Sentyabr 2024    
Böyük Britaniya ölkədəki məlumat mərkəzlərini “kritik milli infrastruktur” kimi təsnif edib.

Ordu.az xəbər verir ki, Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Nazirliyindən verilən açıqlamada 2015-ci ildə kosmik və müdafiə sektorlarının eyni statusa sahib olmasından bəri məlumat mərkəzlərinin təxminən 10 il ərzində ilk kritik milli infrastruktur təsnifatına daxil edildiyi qeyd edilib.

Açıqlamada ölkədə istehsal olunan məlumatların böyük bir hissəsini saxlayan məlumat mərkəzlərinin “kritik milli infrastruktur” olaraq təyin edildiyi bildirilib.

Vurğulanıb ki, beləliklə smartfonlarda çəkilmiş fotoşəkillərdən tutmuş xəstələrin qeydlərinə və səhiyyə sistemindəki həssas maliyyə məlumatlarına qədər bütün məlumatların kəsintilər, kiberhücumlar və əlverişsiz hava hadisələri zamanı təhlükəyə məruz qalma ehtimalı az olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kosmik  


Bizi "telegram"da izləyin