Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko deyib.
O, hər iki tərəfdən yüksək səviyyəli səfərlərin İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir:
"İtaliya şirkətləri bir çox sahələrdə olduğu kimi idman sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanla energetika sektorunda etibarlı tərəfdaşlığın qurulması ölkəmiz üçün prioritet təşkil edən məsələdir. Bu xüsusda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun ölkəmizə sonuncu səfərini önəmini qeyd etmək istəyirəm. Qarşılıqlı səfərlər çərçivəsində biz dəfələrlə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğumuzu qeyd etmişik. Hesab edirəm ki, bu kimi səfərlər İtaliya ilə Azərbaycan arasında son dərəcə dayanılqlı və məhsuldar əlaqələrin mövcud olduğunu göstərir".
Ordu.az