Armen Qriqoryan Yaponiya XİN başçısı ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib

2024/06/1718352047.jpg
Oxunub: 331     15:47     13 Sentyabr 2024    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkəyə işgüzar səfəri çərçivəsində Yaponiyanın xarici işlər üzrə dövlət naziri Tsiqe Yosifumi ilə görüşüb.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər Ermənistan və Yaponiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, Armen Qriqoryan bu yaxınlarda Cənubi Koreyada işgüzar səfərdə olub və orada bir sıra görüşlər keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yaponiya  


Bizi "telegram"da izləyin