Əsirlikdən azad olunan 49 nəfər Ukraynaya qaytarılıb

2024/09/2024--1726228665.jpg
Oxunub: 379     15:20     13 Sentyabr 2024    
Rusiyanın əsirliyindən azad edilən 49 nəfər hərbi qulluqçu və mülki şəxs Ukraynaya gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” hesabında paylaşım edib.

O qeyd edib ki, ölkəyə qaytarılanların arasında “Azovstal” kombinatının müdafiəsində iştirak edənlər, eləcə də “Ukrayna qəhrəmanı” adına layiq görülən hərbi həkim Viktor İvçuk da var.

Ukrayna lideri onların azad edilməsində xidmətləri olanlara təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin