Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarımıza qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır. Rusiya hakimiyyəti ötən ay Britaniya hökumətinin Avropada və Britaniyada Rusiyanın fəaliyyətinə cavab olaraq atdığı addımlardan sonra Rusiyadakı altı diplomatımızın akkreditasiyasını ləğv edib. Biz milli maraqlarımızı qorumağa görə üzr istəməyəcəyik”, - məlumatda qeyd olunub.
Ordu.az