Tbilisi meri: "Gürcü xalqı ilə həyasızcasına rəftar edənlərin hamısı düşməndir"

2024/09/527e0-1726223610.jpg
Oxunub: 279     14:13     13 Sentyabr 2024    
Gürcü xalqı ilə həyasızcasına rəftar edən, bu tip bəyanatlar verənlərin hamısı bizə düşməndir. Heç bir fərqi yoxdur, bu, senator və ya başqası olsun. Bu cür sözlərlə Gürcüstanın adını çəkənlərin özləri dələduzdur.

Ordu.az xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze deyib.

O həmçinin ABŞ senatorunu düşmən adlandırıb.

Qeyd edək ki, dünən Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra baş verənləri müzakirə edən senator Cim Riş demişdi ki, oktyabrda gürcü xalqı “əclafları qovub öz gələcəyini öz əllərinə almaq imkanı əldə edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Tbilisi  


Bizi "telegram"da izləyin