Ordu.az xəbər verir ki, İtaliyanın Spetsiya sahil şəhərində sualtı qayıqların sınaq mərhələsində olduğu bildirilib.
M23 C-Seriyası sualtı qayığı 2020-ci ilin yanvar ayında Qətər səlahiyyətlilərinin İtaliyanın əsas müdafiə gəmisi istehsalçısı “Fincantieri” şirkəti ilə imzaladığı müqavilə çərçivəsində istehsal olunmağa başlayıb.
Polşada keçirilən MSPO Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Qətərin yeni sualtı qayıqları ilə bağlı mühüm detallar ortaya çıxıb.
İtaliyanın Berqamo şəhərində fəaliyyət göstərən M23 SRL şirkəti tərəfindən Qətər Əmiri HDQ üçün inşa edilən M23 C-Seriyası sualtı qayıq dizaynı MSPO Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində ilk dəfə ictimaiyyətə nümayiş olunub.
M23 C-Seriyası sualtı qayıqların İtaliya dəniz xüsusi təyinatlılarının fiziki və mənəvi yurdu sayılan Spetsiyada sınaqdan keçirildiyi öyrənilib.
Sevinc Əliyeva
Ordu.az