“Defense Express”: Ermənistan Ukraynaya S-300 və hərbi məhsullar verib

2024/09/sese--1726218789.jpg
Oxunub: 526     14:38     13 Sentyabr 2024    
Ermənistanın S-300 Hava Hücumundan Müdafiə (HHM) sistemi və müxtəlif hərbi məhsulları Ukraynaya ötürdüyü iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense Express” Rusiya mənbələrinə istinadən məlumat yayıb.

İddiaya görə, Ermənistan Silahlı Qüvvələri 3 ədədə qədər S-300 HHM sistemi və bir neçə “Buk SAM” sistemini Ukraynaya verib.

Bu vəziyyətin Fransa ilə imzalanan müdafiə sənayesi müqavilələrindən sonra yarandığı da Rusiya mətbuatında qeyd olunub.

2023-cü ilin noyabrında İrəvan Fransadan 3 ədəd “Ground Master 200” radarının və bir neçə “Mistral” portativ HHM sisteminin alınmasına dair müqavilə imzalayıb.

Ermənistan, həmçinin 2023-cü ilin noyabrında Hindistandan 720 milyon dollar dəyərində 15 ədəd “Akash” orta mənzilli HHM sistemi sifariş edib və bu sistemlər 30 km-ə qədər məsafədəki hədəfləri önləyə bilir.

İddia olunur ki, bu sifarişlərdən sonra Ermənistan Fransanın tələbi ilə əlində olan S300 HHM sistemlərini Ukraynaya göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   S-300  


Bizi "telegram"da izləyin