ABŞ Cənubi Koreyaya 3,5 milyard dollar dəyərində hərbi məhsul satışını təsdiqləyib

2024/09/apac--1726218660.jpg
Oxunub: 325     16:10     13 Sentyabr 2024    
ABŞ hökuməti Cənubi Koreyaya “Apache” hücum helikopterlərini də əhatə edən 3,5 milyard dollar dəyərində hərbi məhsul satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, ABŞ və Cənubi Koreya qarşılıqlı müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün yeni addım atıb.

Cənubi Koreya Müdafiə Nazirliyinə bağlı Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən (DSCA) verilən açıqlamada ABŞ hökumətinin “Apache” hücum helikopterlərini də əhatə edən 3,5 milyard dollar dəyərində hərbi məhsulun Cənubi Koreyaya satışına icazə verdiyi bildirilib.

Açıqlamada Seulun əvvəllər 36 ədəd AH-64E “Apache” hücum helikopteri, 76 ədəd T700-GE-701D helikopter mühərriki, 456 ədəd AGM-114R2 “Hellfire” raketi, 152 ədəd AGM-179A “hava-yer” raketi və 40 ədəd AAR-57 birgə raket sistemi satın almaq üçün müraciət etdiyi bildirilib.

“Bu potensial satış Hind-Sakit okean regionunda siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan böyük bir müttəfiqin təhlükəsizliyini artırmaqla, ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək”, - deyə açıqlamada vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin