Husilər ABŞ-nin 9-cu MQ-9 “Reaper” PUA-sını vurublar

2024/09/1726216659.jpg
Oxunub: 376     15:16     13 Sentyabr 2024    
Yəməndə yerləşən husilər Yəmənin hava məkanında uçan ABŞ-yə məxsus daha bir MQ-9 “Reaper” Pilotsuz Uçuş Aparatını (PUA) vurduqlarını iddia ediblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Amin Hayyan bildirib ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri Yəmənin qərbindəki Mərib əyaləti üzərində “düşmənçilik” fəaliyyəti həyata keçirərkən PUA-nı vurub.

Vurulan PUA Yəmən Hərbi Hava Qüvvələri tərəfindən vurulan 8-ci MQ-9 “Reaper” kimi qeydə alınıb.

Bu açıqlamadan saatlar sonra 9-cu “Reaper”in də vurulduğu iddia edilib.

Husilər daha öncə PUA-ların “yer-hava” raketləri ilə hədəfə alındığını iddia etdikləri görüntüləri dərc etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   ABŞ   PUA  


Bizi "telegram"da izləyin