Çin SZ-nin nüvə silahlarına nəzarət etməsini qadağan edən müqaviləni imzalamaqdan imtina edib

2024/09/1726216584.jpg
Oxunub: 445     16:53     14 Sentyabr 2024    
Çin Sünki Zəkanın (SZ) nüvə silahlarına nəzarət etməsini qadağan edən müqaviləni imzalamaqdan imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbi sahədə SZ-yə dair qlobal sammitdə qəbul edilib ki, nüvə silahının istifadəsi ilə bağlı əsas qərarları SZ deyil, insanlar qəbul etməlidir.

Seulda keçirilən, ABŞ, Çin və Ukrayna da daxil olmaqla, 100-ə yaxın ölkənin qatıldığı Hərbi Sahədə Məsul Süni Zəka (REAIM) sammitində rəsmilər iki günlük danışıqlardan sonra Fəaliyyət Planını qəbul ediblər.

Hüquqi cəhətdən məcburi olmayan və Çin tərəfindən imzalanmayan müqavilədə nüvə silahının istifadəsi ilə bağlı bütün hərəkətlərdə insan nəzarətinin və iştirakının qorunub saxlanmalı olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   SZ  


Bizi "telegram"da izləyin