“Hraparak”: Paşinyan çarın “xaçını öpmək” fürsətini əldən verməyəcək?

2024/09/image-1726216004.jpg
Oxunub: 483     14:51     14 Sentyabr 2024    
Ermənistanın MDB-nin qeyri-rəsmi sammitində hansı formatda, Paşinyan, yoxsa başqa bir məmur səviyyəsində iştirak edəcəyini rəsmən açıqlamağa tələsməsələr də, Paşinyanın oktyabrın 7-8-də keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyinə hakimiyyət dairələrində şübhə yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“7 oktyabr Rusiya prezidenti Vladimir Putinin doğum günüdür, hakimiyyət ümid edir ki, Paşinyan çarı təbrik etmək, hakimiyyətini müəyyən müddətə uzatmaq və ya öz hakimiyyəti üzərindən asılan təhlükələri aradan qaldırmaq üçün “xaç öpmək” fürsətini əldən verməyəcək. Qeyd edək ki, Baş nazirin mətbuat katibi Paşinyanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib. Müstəqillik günündə - sentyabrın 21-də isə Fransa prezidenti Ermənistana gələ bilər. Deməli, nə Qərb, nə də Rusiya diqqətdən kənarda qalmır. Bu oyunun nə qədər davam edəcəyi bəlli deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MDB  


Bizi "telegram"da izləyin