Rusiya Şimali Afrika ölkələrinə “Su-57” döyüş təyyarəsi ixrac etməkdə iddialıdır

2024/09/1726214477.jpg
Oxunub: 412     13:43     14 Sentyabr 2024    
Qərbin sanksiyalarına baxmayaraq, Rusiya müdafiə sənayesi xarici sifarişlər üçün rəqabət aparmağa çalışır.

Ordu.az xəbər verir ki, Rusiyanın təşəbbüslərinə misal olaraq sentyabrın 3-dən 5-dək Misirdə keçirilən beynəlxalq aviasiya sərgisində “Rosoboronexport” stendini göstərmək olar.

Sərgidə təqdim olunan müxtəlif sistemlər arasında beşinci nəsil “Su-57” döyüş təyyarəsinin ixrac versiyasının təqdimatı diqqət çəkir.

Rusiya tərəfindən dizayn və istehsal edilmiş “Sukhoi Su-57” “Su-27” kimi köhnə modelləri əvəz etmək üçün nəzərdə tutulmuş beşinci nəsil stels tipli döyüş təyyarəsidir.

O, F-22 “Raptor” və F-35 “Lightning II” kimi Qərbin beşinci nəsil qırıcıları ilə birbaşa rəqabət aparmaq üçün hazırlanıb.

Məlumata görə, Rusiya Şimali Afrika ölkələrinə “Su-57” döyüş təyyarəsi ixrac etməkdə iddialıdır.

Afrika qitəsində Əlcəzair və Misir Rusiya hökumətinin tarixən dostluq münasibətində olduğu və belə məhsulları əldə etmək üçün manevr sahəsinə sahib olduğu ölkələrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimali-Afrika  


Bizi "telegram"da izləyin