Ordu.az xəbər verir ki, Putin ötən ildən Türkiyəyə bir çox rəsmi səfərlərini təxirə salıb.
Rəsmilər tərəfindən bir çox səbəblər irəli sürülüb. Bəziləri deyiblər ki, Putin Ukrayna müharibəsi başlayandan bəri Sovet İttifaqının tərkibində olmamış ölkələrdən qaçır.
Digərləri buna səbəb kimi bu ilin əvvəlində Rusiyada keçirilən seçkiləri göstəriblər.
Ancaq Rusiyanın düşüncəsinə bələd olan mənbələr “Middle East Eye”a bildiriblər ki, Putinin Ankaraya səfərinin mütəmadi olaraq ləngiməsinə ilkin səbəb kimi şərait olub.
Mənbələr Putinin Rusiya döyüş təyyarələrinin müşayiəti ilə Türkiyəyə uçmaq istədiyini, Ukraynanın uçuş marşrutunda təyyarələri vura bilməsindən narahat olduğunu bildiriblər.
Sevinc Əliyeva
Ordu.az