Erməni ictimai xadim: “Moskva ilə ikitərəfli razılaşmalar və Ermənistanın KTMT-yə üzvlüyü məhdudlaşdırıcı amil olmaqdan çıxıb”

2024/09/1726212706.jpg
Oxunub: 352     17:12     16 Sentyabr 2024    
“Ermənistanın yeni silah idxalı proqramı. Bu yaxınlarda “Yeni Müdafiə Sifarişi: Strategiya” jurnalında Ermənistanın silah alışında dəyişikliklərlə bağlı məqaləm dərc olunub”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Sergey Melkonyan “Facebook” səhifəsində yazıb.

“44 günlük müharibədən sonra regionda qüvvələrin hərbi-siyasi balansında əhəmiyyətli dəyişiklik ona gətirib çıxarıb ki, İrəvanın nöqteyi-nəzərindən Moskva ilə təhlükəsizlik sahəsində ikitərəfli razılaşmalar və Ermənistanın KTMT-yə üzvlüyü məhdudlaşdırıcı amil olmaqdan çıxıb. Nəticədə Ermənistan faktiki olaraq KTMT-yə üzvlüyünü dondurdu. Moskva Ermənistanın əvvəllər satın aldığı silahları təmin edə bilmədiyi üçün Rusiya ilə münasibətlər pisləşdi və hakimiyyət hərbi texnika idxalı üçün yeni bazarlar axtarmağa başladı.

Silahların alınması ilə bağlı müqavilələrin böyük əksəriyyəti Hindistanla imzalanıb və ümumi dəyəri 900 milyon dollardan çox olub. Hindistan öz hərbi attaşesini də təyin edib. Fransız silah tədarükü ilə bağlı şayiələr daha çox səs-küyə səbəb oldu, halbuki onların miqdarı xeyli az idi. Fransa və Ermənistan zirehli avtomobillərin, radarların, Fransanın hava hücumundan müdafiə sisteminin və “Ceasar” özüyeriyən artilleriya qurğularının tədarükü barədə razılığa gəliblər. Beləliklə, əvvəllər Rusiya hərbi sənaye kompleksinin Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki payı 90%-dən çox qiymətləndirilirdi. Bu gün bu yer əsasən Hindistan tərəfindən tutulur, lakin burada risklər də var. Bir ölkədən təchizat asılılığını saxlamaq bu problemlərə səbəb olur: əvvəllər Rusiya var idi, indi Hindistan var. Logistika: Hindistan və Fransadan çatdırılma uzun müddət çəkir və coğrafiyaya görə problemlər var. Dil maneəsi: Yeni silahların inteqrasiyası və istifadəsi uzun müddət tələb edir”, - deyə Melkonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin