Ermənistanda xüsusilə ağır cinayətlər 13,2% artıb

2024/09/1726212620.jpg
Oxunub: 407     19:56     13 Sentyabr 2024    
2024-cü ilin ilk 8 ayının məlumatına görə, Ermənistanda xüsusilə ağır cinayətlərin sayı 146 hadisə və ya 13,2% artıb.

Ordu.az xəbər verir ki, məlumat Ermənistan Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

Qəsdən sağlamlığa zərər vurma ilə bağlı 52 hadisə və ya 8 faiz, xuliqanlıqla bağlı 34 hadisə və ya 8,8 faiz, dələduzluqla bağlı 106 hadisə və ya 7,4 faiz, banditizmlə bağlı isə 5 hadisə və ya 11,1 faiz artım qeydə alınıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1946 hadisə qeydə alınıb ki, bunun da 1168-i satış olub.

Narkotik vasitələrin internet vasitəsilə qanunsuz dövriyyəsi ilə bağlı 220 hadisə qeydə alınıb, onlardan 53-ü satış, 167-si isə əldəetmə ilə əlaqəli olub.

Məlumata görə, cari ildə Ermənistanda ümumilikdə 161 kq 527 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağır-cinayət  


Bizi "telegram"da izləyin