“İrəvan və Bakı danışıqlarda uzun yol keçib, bir çox məsələlərdə razılığa gəliblər” - EKSPERTLƏR

2024/09/1726212517.jpg
Oxunub: 625     14:35     14 Sentyabr 2024    
“İrəvan və Bakı danışıqlarda uzun yol keçib, bir çox məsələlərdə razılığa gəliblər, lakin tərəflər arasında real etimad mühiti yoxdur”.

Ordu.az xəbər verir ki, bunu iranlı analitik Əli Səlami deyib.

Onun sözlərinə görə, atmosfer səmimi mövqelər olduğu halda mümkündür ki, bu da real sülh razılaşmasına gətirib çıxara bilər.

“Tərəflər sadəcə danışıqlar apardıqda, ancaq öz gündəmlərini güddükdə, proses məhz belə gedir. Xarici, üçüncü qüvvələrin rolu da az deyildi. Bu qüvvələr 44 günlük müharibədən sonra bu bölgəyə nüfuz etmək və burada təsir dairələrini dəyişmək məsələsini regional dövlətlərin maraqları hesabına həll etməyə, öz geosiyasi maraqlarını irəli sürməyə çalışırlar. İran isə Ermənistanın təhlükəsizlik maraqları ilə mahiyyətcə üst-üstə düşən öz maraqlarını güdərək, regionun sabitliyinə töhfə verir, əksinə deyil”, - deyə Səlami qeyd edib.

Səlami bildirib ki, belə qeyri-sabit mərhələdə bu mürəkkəb danışıqların problemsiz başa çata bilməyəcəyini düşünmək lazım idi.

“Hesab edirəm ki, bu vəziyyət geosiyasi vəziyyət sakitləşənə və çoxqütblü dünya nizamı qurulana qədər davam edəcək”, - deyə o vurğulayıb.


Öz növbəsində rusiyalı analitik Fyodor Lukyanov hesab edir ki, tərəflərdən biri müharibənin ağır nəticələrindən istifadə edərək, maksimalist yolla getməyə çalışır.

Onun sözlərinə görə, bu seçilmiş yol iki yolu nəzərdə tutur: ya qarşıdurmanın davam etdirilməsi, ya da tərəflərdən birinin öz mövqelərindən geri çəkilməsi.

“Yaranmış vəziyyət göstərir ki, tərəflər vasitəçilərsiz razılığa gələ bilməzlər, halbuki Ermənistan hakimiyyəti bunun mümkün olduğunu düşünür”, - deyə Lukyanov əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Bakı  


Bizi "telegram"da izləyin