Erməni deputat: “Paşinyan xalqı yeni ərazi güzəştlərinə hazırlayır”

2024/09/1726209353.jpg
Oxunub: 435     17:35     17 Sentyabr 2024    
“Bəs onda niyə bu qədər güzəştə getdiniz? Hökumət bu açıqlama ilə xalqı yeni ərazi güzəştlərinə hazırlayır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan Paşinyanın son açıqlamasını şərh edərkən deyib.

“İndi deyirlər ki, biz sülhə zəmanət vermirik, çünki Azərbaycan tərəfi sənəd imzalanandan sonra da “hücuma keçə bilər”. Ona görə də sualımın cavabını bilirəm, bu hakimiyyət öz kreslosunu saxlamaq üçün o qədər güzəştə gedib”, - deyə Danielyan qeyd edib.

Danielyan vurğulayıb ki, Ermənistanın maraqları sülh müqaviləsinin Paşinyanın qeyd etdiyi heç bir bəndi ilə qorunmur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin