“Past”: Bu qeydi Qərbin Ermənistan Silahlı Qüvvələrinə nəzarəti kimi qiymətləndirmək olar

2024/09/1726209083.jpg
Oxunub: 375     15:53     16 Sentyabr 2024    
Ermənistan və Avropa İttifaqı (Aİ) Aİ vizalarının liberallaşdırılması ilə bağlı danışıqlara rəsmi başlandığını elan edib. Bu barədə İrəvanda Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr Sxinasın sözlərini sitat gətirərək qeyd edib: “Vizanın liberallaşdırılması üzrə dialoqun başlanması siyasi səviyyədə mühüm, tarixi gündür. Bu, təcrid olunmuş təşəbbüs kimi qəbul edilməməlidir. Bu, Aİ-nin Ermənistana sadiq münasibətinin növbəti təzahürü kimi qiymətləndirilməlidir”.

Müəllif bildirib ki, həmin Sxinas “X” səhifəsində diqqətəlayiq bir açıqlama verib: “Vizanın liberallaşdırılması, təhlükəsizlik dəstəyi, artım və sabitlik proqramı, insanlar arasında mübadilə”.

“Diplomatik dildən tərcümə etsək, bu qeydi Qərbin Ermənistan Silahlı Qüvvələrinə nəzarəti, kreditlər və qrantlar vasitəsilə təzyiqləri, gənclərin kütləvi şəkildə Avropaya axını kimi qiymətləndirmək olar. Təbii ki, ilk növbədə məqsəd Ermənistanın Rusiya ilə əlaqələrini kəsməkdir, bu da eyni Qərbin bir nömrəli hədəfidir”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropaİttifaqı  


Bizi "telegram"da izləyin