Ermənistanın xeyrinə təxminən 500 min dollar köçürüləcək: Prokurorluq müdafiə nazirinin keçmiş müavini ilə barışıq bağlayıb

2024/09/image-1726209005.jpg
Oxunub: 335     15:28     17 Sentyabr 2024    
2024-cü il sentyabrın 9-da Ermənistan Baş Prokurorluğu qanunsuz mənşəli əmlakın müsadirəsi çərçivəsində barışıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Qeyd olunub ki, bu sazişlə Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzabekyan və onunla əlaqəli şəxslər Ermənistanın xeyrinə 200 milyon dram (təxminən 500 min ABŞ dolları) köçürməyi öhdələrinə götürüblər.

Bildirilib ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Baş Prokurorluğunun Qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi idarəsi Alik Mirzabekyana məxsus əmlakla bağlı araşdırmaya başlamaq barədə qərar qəbul edib.

Cavab verənlərin təqdim etdikləri əlavə materiallara və mövqelərə əsasən, Mirzabekyan və onunla əlaqəli şəxslərdən Ermənistanın xeyrinə aşağıdakıları qaytarmaları tələb edilib:

5 daşınmaz əmlak,
1 avtomobil,
12 bank depoziti və istiqrazlar,
Qeyri-qanuni vəsait qalığı olaraq 20 milyon 384 min dram.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-Prokurorluq   MN  


Bizi "telegram"da izləyin