Erməni separatçı: “Ermənistan 10 noyabr bəyanatından öz imzasını geri götürməlidir”

2024/09/1726208827.jpg
Oxunub: 365     15:29     16 Sentyabr 2024    
“Ermənistan 10 noyabr bəyanatından öz imzasını geri götürməlidir”.

Ordu.az xəbər verir ki, bunu daim separatizmə çağırış edən erməni siyasi xadim Hayk Xanumyan deyib.

Onun sözlərinə görə, Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat əlaqəsi məsələsi Ermənistan və Azərbaycan arasında ikitərəfli müzakirə mövzusu olmalıdır.

“Əgər bəzi detallar İrana da aiddirsə, Tehranın iştirakı ilə üçtərəfli danışıqlar aparmaq lazımdır”, - deyə Xanumyan qeyd edib.

Xanumyan iddia edib ki, guya 10 noyabr bəyanatının heç bir bəndi işə yaramır.

“Rusiya Federasiyasının xarici işlər naziri Azərbaycanın xarici işlər nazirindən daha sərt bəyanatlar verir. Belə olan halda hansı vasitəçilikdən danışmaq olar?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin