Erməni separatçı: “2020-ci il müharibəsindən sonra Tavus, Zəngəzur və Göyçədən 50 min insan çıxıb”

2024/09/Untit-1726208515.jpg
Oxunub: 463     13:39     14 Sentyabr 2024    
“2020-ci il müharibəsindən sonra Tavus, Zəngəzur və Göyçədən 50 min insan çıxıb”.

Ordu.az xəbər verir ki, bunu daim separatizmə çağırış edən erməni siyasi xadim Hayk Xanumyan deyib.

“Bu, Ermənistanın təhlükəsizliyinin problemidir, yoxsa yox? Niyə həll etmək üçün heç bir iş görülmür? İnsanların bu mühüm bölgələri tərk etməsinə səbəb “Qarabağ səlahiyyətliləri”dirmi? (separatçılar-red.)”, - deyə o qeyd edib.

Xanumyan bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın konstitusiyanın dəyişdirilməsi, ATƏT-in Minsk qrupundan imtina edilməsi, Bakıya qarşı ambisiyalardan imtina edilməsi ilə bağlı tezislərini təkrarlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin