Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ hökumətinin Ukraynaya Rusiya daxilində MGM-140 ATACMS raketlərindən istifadə etməyə icazə verəcək qərarı rəsmən elan edəcəyi gözlənilir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun verdiyi açıqlamaya görə, ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya MGM-140 ATACMS taktiki ballistik raketlərindən Rusiyada istifadə edə biləcəyi barədə məlumat verəcək.
Blinkenin Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Kiyevə gedəcəyi və prezident Zelenskiyə rəsmi məlumat verəcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az