Ordu.az xəbər verir ki, ABŞ ordusunun katibi Kristina Vormut Yaponiya adalarına orta mənzilli raket sisteminin yerləşdirilməsi üzərində çalışdıqlarını açıqlayıb.
“Biz Yaponiyada MRC “Typhon” orta mənzilli raket sisteminin yerləşdirilməsində maraqlıyıq. Yaponiya Özünümüdafiə Qüvvələrinə bu məsələdə marağımızı açıqladıq və sürətli texniki-iqtisadi əsaslandırma tələb etdik”, - deyə o bildirib.
“Japan Times” qeyd edib ki, Yaponiya hökuməti bundan əvvəl öz ərazisində belə ABŞ silahlarının yerləşdirilməsini istisna edib.
Sistem yerləşdirilərsə, raket sisteminin əhatə dairəsi ölkənin bütün şərq sahillərini, eləcə də Tayvanın bəzi hissələrini və Cənubi Çin dənizini əhatə edəcək.
Qeyd edək ki, aprel ayında ABŞ ordusu birgə hərbi təlimlər üçün Filippinə 1600 kilometr mənzilli “Tomahawk” qanadlı raketlərini atmağa qadir olan “Typhon” buraxılış qurğusunu yerləşdirib.
Sevinc Əliyeva
Ordu.az