Ordu.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin iki ölkənin hökumət başçıları səviyyəsində keçirilən birgə komissiyanın iclasında Özbəkistanda PUA-ların istehsalının yaradılmasını təklif edib.
Mişustinin sözlərinə görə, Moskva və Daşkənd ölkədə PUA-ların və onların komponentlərinin istehsalının yerliləşdirilməsi imkanlarını nəzərdən keçirir.
“Biz yüksək texnologiyalı polimer istehsalının təşkili, pilotsuz uçuş sistemləri və komponentlərinin istehsalının yerliləşdirilməsi imkanlarını araşdırırıq”, - deyə Mişustin qeyd edib.
Özbəkistan ordusunun hazırda Rusiyanın “Orlan-10E” kəşfiyyat PUA-sının ixrac versiyası ilə silahlandığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az