Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” Analitik Mərkəzinin eksperti Anna Karapetyan deyib.
“Biz mütəmadi olaraq bu fenomenlə üzləşirik, radikal anti-Rusiya əhval-ruhiyyəsindən sonra Rusiyaya qarşı açıq jestlər müşahidə olunur. Bundan əlavə, eyni anti-Rusiya cərgəsində biz tez-tez daha aqressiv ritorika ilə qarşılaşırıq”, - deyə Karapetyan qeyd edib.
Erməni ekspert bildirib ki, ABŞ-də seçkiqabağı dövr nə qədər yaxınlaşsa, region, Ermənistan və ölkənin hazırkı hökuməti bir o qədər də gündəmdə geri çəkiləcək.
“Görünən odur ki, bu dəfə də istisna olmayacaq, Qərbin iştirakı və dəstəyi azalacaq. Əvəzində Rusiyanın səylərini gücləndirmək, ən azı öz mövqelərini buraxmamaq istəyi və niyyəti göz qabağındadır”, - deyə Karapetyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az