Ordu.az xəbər verir ki, bunu politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, əgər belədirsə, deməli Ermənistan “qırmızı xətt”i keçib.
“Əgər bu təsdiqlənərsə, Ermənistan həm KTMT-dən, həm də Avrasiya İqtisadi Birliyindən dərhal çıxarılmalıdır. Həmçinin Ermənistanla viza rejimi tətbiq olunmalı, sərhəd bağlanmalıdır”, - deyə Mixaylov qeyd edib.
Mixaylov bildirib ki, Ermənistan sistemli şəkildə və qəfil hərəkətlər olmadan əlaqələri və müvafiq olaraq Rusiyadan asılılığı azaldır.
“Proses bir neçə il çəkə bilər, lakin son məqsəd artıq şübhə doğurmur. İndi əsas məsələ Ukraynaya bənzər yeni gərginlik mərkəzinin yaranmasının qarşısını almaqdır. Bu isə dövlət səviyyəsində qətiyyətli addımlar tələb edir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az