Erməni politoloq: “10 noyabrdan fərqli olaraq, bu sülh müqaviləsi imzalansa, tam kapitulyasiya olacaq”

2024/09/1726125632.jpg
Oxunub: 458     16:40     14 Sentyabr 2024    
“Düşünürəm ki, ümumilikdə bu sülh müqaviləsi ilə bağlı söhbətlərdə reallıqdan çox təbliğat var”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikayelyan deyib.

Onun sözlərinə görə, sual bu razılaşmanın ümumilikdə Ermənistana sərfəli olub-olmamasıdır.

“Bununla Ermənistan Azərbaycanın bütün hərəkətlərini qanuniləşdirir. Həmçinin, sülh müqaviləsi sülh gətirəcək hər hansı şəraiti yaradacaqmı? Mən tam əminəm ki, yaratmayacaq”, - deyə Mikayelyan qeyd edib.

Mikayelyan bildirib ki, bu müqavilənin imzalanacağına şübhə ilə yanaşır.

“Mən sülh sazişinin imzalanacağına şübhə edirəm, çünki sülh sazişinin demək olar razılaşdırıldığı barədə deyilənlər yalandır. Hüquqda belə bir yanaşma var ki, hər şey razılaşdırılmadığı müddətcə heç bir şey razılaşdırılmayıb. İndi vəziyyət belədir”, - deyə o vurğulayıb.

Mikayelyan əlavə edib ki, 10 noyabrdan fərqli olaraq, bu sülh müqaviləsi imzalansa, tam kapitulyasiya olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin