Zakaryan təşvişdə: “Azərbaycanlıların məqsədi Zəngəzuru tamamilə ələ keçirməkdir və bunu bəyan edirlər”

2024/09/1726122510.jpg
Oxunub: 482     17:27     13 Sentyabr 2024    
“Bizim mübarizəmiz hakimiyyət üçün deyil, dövlətin ontoloji problemləri üçün siyasi mübarizədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, təbii olaraq Ermənistan üçün sülh çox önəmlidir, amma rəsmi İrəvan qarşısına daha öncə sülh naminə hər şeyi vermək kimi bir məqsəd qoymayıb.

“Gündəm gətirərdik, amma buna sülhün kəsişməsi deməzdik. Rusiya, İran, Türkiyə, Azərbaycan, Qərb əslində bizim sülhümüzdə maraqlı deyil. Paşinyan 2021-ci ildə səsləri oğurlamaq üçün xalq arasına sülh mövzusunu gətirdi. Dedikləri sülh əslində sülh deyil. Zəngəzur dəhlizi və ona nəzarət mövzusu İran üçün çox ciddi məsələdir. Azərbaycanlılar mümkün olan hər şeyi Nikoldan aldılar və indi oyun davam edir. Onlar üçün oyun bitməyib. Onların məqsədi Zəngəzuru tamamilə ələ keçirməkdir və bunu bəyan edirlər. Rusiya ilə danışmalıyıq. Kommunikasiya mübarizəsində əsas oyun kartımız Şimal-Cənub yolu olmalıdır”, - deyə Zakaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin