Erməni deputat: “Aİ ilə Rusiya və Belarusun Birlik dövləti müqayisə olunmayan qurumlardır”

2024/09/1726122440.jpg
Oxunub: 349     15:08     13 Sentyabr 2024    
“Avropa İttifaqı ilə Rusiya və Belarusun Birlik dövləti bir çox göstəricilərə görə sadəcə müqayisə olunmayan qurumlardır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sona Qazaryan deyib.

Daha sonra erməni deputat həmkarlarına üz tutub.

“Ölkənin suverenliyinin təhvil verilməsi ilə tərəfdaşlıq arasında fərq görürsünüzmü? Bu iki vahiddə dövlətlərin münasibətlərinin fərqi var”, - deyə Qazaryan qeyd edib.

Erməni deputat vurğulayıb ki, Aİ ölkələri bir-birinə hörmətlə yanaşır, bir-birinin müstəqilliyini, suverenliyini, dövlətçiliyini nəzərə alırlar.

“Münasibətlərin tamamilə fərqli olduğu, hörmətin tamamilə fərqli dəyərlər üzərində qurulduğu başqa bir birlikdən fərqli olaraq, demokratiyaya əsaslanan, dövlətlərin bir-birinə hörmət etdiyi birliyə qoşulmaq istəmək tamamilə başa düşüləndir”, - deyə Qazaryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin