Ordu.az xəbər verir ki, Nigeriya və Misir müdafiə sahəsində əməkdaşlığı genişləndirərək, pilotların hazırlanması və “Alpha Jet”in texniki xidmətinə dair mühüm saziş imzalayıb.
İki ölkə arasında bu saziş pilot hazırlığı və “Alpha Jet” texniki xidmət üzrə əməkdaşlığı əhatə edir.
Bu inkişaf Nigeriyanın aviasiya imkanlarını artırmaq üçün atdığı strateji addım kimi qiymətləndirilir.
Sözügedən razılaşma misirli general-leytenant Mahmud Fuad Əl-Qavadın Nigeriya Hərbi Hava Qüvvələrinin komandanı marşal Həsən Əbu Bəkri Misirin paytaxtı Qahirədəki ofisində qəbul edərkən əldə edilib.
Nigeriya ilə Misir arasındakı bu razılaşma hər iki ölkənin hərbi əlaqələrində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az