Almaniya ordusunun ehtiyatları həyəcan siqnalı verir - HESABAT

2024/09/1726040031.jpg
Oxunub: 402     16:19     14 Sentyabr 2024    
Almaniyanın 2004-cü ildə 423 döyüş təyyarəsi olduğu halda, 2021-ci ildə bu rəqəm 226-ya düşüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Almaniyada aparılan araşdırmalara görə, 2038-ci ildə 2004-cü il rəqəminə çatmağın mümkün olacağı, ölkənin ancaq uzun illərdən sonra mümkün müharibəyə hazır olacağı bildirilib.

Almaniyada aparılan araşdırmalara əsasən, Almaniya ordusunun döyüş təyyarəsi, döyüş tankı və top-haubitsa ehtiyatlarının hazırkı tədarük nisbətində lazımi rəqəmlərə çatmasının uzun illər tələb edəcəyi qeyd edilib.

Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) “Avropa və Almaniyanın Rusiyaya qarşı yavaş silahlanması” adlı araşdırma hesabatı hazırlayıb.

Hesabatda bildirilib ki, Almaniya ordusu ancaq uzun illərdən sonra mümkün müharibəyə hazır ola bilər.

Almaniyanın Rusiya təhlükəsinə qarşı çox ləng silahlandığına diqqət yetirilən hesabatda Almaniya ilə Rusiyanın hərbi potensialı arasındakı fərqin getdikcə genişləndiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin