Erməni hərbi qulluqçunun anası: “Sanki adam əlində olandan bir qəpik-quruşunu dilənçiyə verir, indi bizi dilənçi ediblər”

2024/09/1726036249.jpg
Oxunub: 331     16:41     16 Sentyabr 2024    
2005-ci il aprelin 11-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində öldürülmüş erməni hərbi qulluqçu Nairi İsaxanyanın valideynləri bildirirlər ki, günahkarlar hadisədən bir neçə gün sonra məlum olub.

Ordu.az xəbər verir ki, İsaxanyanın anası Qulvard Ağacanyan bir neçə gün əvvəl Ermənistan İstintaq Komitəsinin qətl işinin üstü açıldığını elan etməsindən danışıb.

“Onlar yeni bir şey aşkar etmədilər, sadəcə olaraq o zaman aşkar edilənlərin bir hissəsini üzə çıxardılar. Sanki adam əlində olandan bir qəpik-quruşunu dilənçiyə verir, indi bizi dilənçi ediblər”, - deyə o qeyd edib.

Ağacanyan iddia edib ki, hadisədən bir neçə gün sonra müstəntiq onlara Nairini 7 nəfərdən ibarət əsgər yoldaşları döydüyünü, sonra isə ona iki dəfə atəş açdığını deyib.

Onların hamısına qarşı ittiham irəli sürülüb. İsaxanyanın ailəsinin dediyinə görə, bir müddət sonra sonuncuların adları işlərdən çıxarılıb, ancaq atəş açan Vağinakın adı qalıb.

“Müstəntiq bizi çağırdı, getdik, dedi ki, yalnız atəş açandır, istəyirsiniz istəyin, istəmirsiniz şikayət edin. İstəmirsinizsə, işi bağlayacam, o siyirməyə atacam”, - deyə erməni hərbi qulluqçunun anası bildirib.

Hadisədən 5 ay sonra fakt olmadığı üçün atəş açan şəxsin təqibi dayandırılıb, icraata xitam verilib.

18 ildən sonra isə Ermənistanın Baş prokurorunun göstərişi ilə işin istintaqı bərpa edilib, yalnız 1 nəfərə qarşı ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq  


Bizi "telegram"da izləyin