"Kreml Trampla Harrisin debatını izləməyəcək" - Peskov

2024/07/1722071746.jpg
Oxunub: 351     19:51     10 Sentyabr 2024    
Kreml ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatını izləməyəcək.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Baxmağı planlaşdırmırıq və nə isə gözləmək bizim deyil, amerikalı seçicilərin işidir”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Trampla Harris arasında debat Filadelfiyada bu gün yerli saatla 21:00-da (Bakı vaxtı ilə sentyabrın 11-i saat 05:00-da) başlamalıdır. Debatı “ABC News” telekanalı yayımlayacaq.

Onu da qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tramp  


Bizi "telegram"da izləyin