Ordu.az xəbər verir ki, bu barədə "Ynet" portalı Fələstin Milli Administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas - red.) Rəfah nəzarət-keçid məntəqəsinin Misir hissəsindən Qəzza zolağına daxil olmasına icazə verməyə hazırdır.
Xatırladaq ki, M.Abbas avqustun 15-də Türkiyə parlamentinin növbədənkənar iclasında çıxışı zamanı Qəzzaya səfər etmək niyyətini açıqlamışdı.
Ordu.az