Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

2024/08/66b3b-1723054197.jpg
Oxunub: 524     19:41     10 Sentyabr 2024    
Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub.

"Əməliyyatı 155-ci dəniz piyadalarının əsgərləri həyata keçirib. Qordeyevkaya dörd tərəfdən daxil olublar: Korenevo, Kulbaki, Martınovka kəndləri, həmçinin Neçayev kəndindən Ukrayna qoşunları sıxışdırılıb. Nəticədə Ukrayna Silahlı Qüvvələri ağır itkilərlə geri çəkilib.

Bu dəqiqələrdə Rusiya Silahlı Qüvvələri Apanasovka və Martınovka ərazilərində irəliləyir. Sudjanski rayonu ərazisinin azad edilməsi əməliyyatı davam edir", - deyə məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kursk   Rusiya  


Bizi "telegram"da izləyin