Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “İrəvan dialoqu” forumunda çıxışı zamanı Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.
Onun sözlərinə görə, regiondakı bütün oyunçuların məsuliyyəti mövcud əlaqələri genişləndirmək, hərtərəfli sabitlik və sülhü təşviq etməkdir: “Ermənistanla Türkiyə, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların getdiyini görürük və tərəflərin bu proseslərdə uğur qazanacağına ümid edirik. Gürcüstan sülhə yönəlmiş bütün səyləri birləşdirərək qonşularını dəstəkləməyə hazırdır”.
Ordu.az