Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı güclü əməkdaşlıq ölkələrin maraqlarına cavab verir: “Bu, həm də Cənubi Qafqazda sabitliyə ciddi töhfə verir”.
Ordu.az