Ukrayna Prezident Ofisi: İrana qarşı sanksiyaların tətbiqi kifayət deyil

2022/05/20211-1652178093.jpg
Oxunub: 297     17:43     10 Sentyabr 2024    
Rusiyaya ballistik raket tədarük etdiyi üçün İrana qarşı sanksiyaların tətbiqi kifayət deyil.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak bildirib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yetərli deyil, Ukraynaya Rusiyanı vurmaq üçün uzaqmənzilli silah lazımdır.

ABŞ-nin dövlət katibi Antoni Blinken bir müddət əvvəl bildirib ki, bütün xəbərdarlıqlara baxmayaraq, İran raketlərini Rusiyaya çatdırıb: “Rusiya yaxın həftələrdə onları Ukraynaya qarşı istifadə edə bilər. ABŞ yaxın vaxtlarda İrana qarşı sanksiyalar elan etməyi planlaşdırır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İran  


Bizi "telegram"da izləyin