Blinken: "Rusiya İrandan aldığı ballistik raketləri bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edəcək"

2024/09/1725600588.jpg
Oxunub: 294     16:34     10 Sentyabr 2024    
İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi bütün Avropa üçün təhlükədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Britaniya xarici işlər naziri Devid Lammi ilə keçirdiyi mətbuat konfransında deyib.

Blinken qeyd edib ki, “Fath-360” ballistik raket sistemindən istifadə etmək üçün onlarla Rusiya hərbi qulluqçusu İranda təlim keçib: "Rusiya indi bu ballistik raketləri alıb və çox güman ki, onları bir neçə həftə ərzində Ukraynada ukraynalılara qarşı istifadə edəcək. Rusiyanın özünü də bir sıra ballistik raketləri var, lakin İran raketlərinin tədarükü Rusiyaya öz arsenalından əsasən cəbhə xəttindən daha uzaqda olan hədəflər üçün istifadə etməyə imkan verir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Rusiya   İran  


Bizi "telegram"da izləyin