NATO ölkələri bir sıra təlimlərə başlayıb

2024/06/2024--1718867232.jpg
Oxunub: 287     15:56     10 Sentyabr 2024    
Şimali Atlantika Alyansına (NATO) daxil olan ölkələr Rusiya sərhədlərində bir sıra təlimlərə başlayıb və bu təlimlər payızın sonuna qədər davam edəcək.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 12 təlim planlaşdırılıb və bu təlimlər ölkənin şərq sərhədindəki bütün ərazini əhatə edəcək.

Təlimlərdə iştirak etməyə razılaşan ölkələr arasında Estoniya, Finlandiya və digər ölkələr var.

Qeyd edilib ki, Almaniyada 9-20 sentyabr tarixləri arasında "Steadfast Foxtrot 24" təlimləri keçiriləcək. NATO təlimlərinə ABŞ ordusunun generalı Kristofer Kavoli rəhbərlik edəcək. 30 sentyabr - 11 oktyabr tarixlərində Yunanıstanda AIRCOM — Birgə Hava Komandanlığının rəhbərliyi ilə "Ramstein Flag 24" başlayacaq. 8 sentyabr tarixindən Slovakiyada kimyəvi-bioloji qoşunların "Toxic Valley" təlimləri başlanıb. Macarıstanda avqustun sonundan "Brave Warrior" təlimləri keçirilirə

30 oktyabr - 12 noyabr tarixləri arasında Finlandiyada "Hammer-2024", Türkiyə və Bolqarıstanda "Mavi Balina" və "Poseidon-24" dəniz təlimləri keçiriləcək.

Həmçinin, İspaniya, İtaliya və Latviya ölkələrində də təlimlərin keçiriləcəyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Təlim  


Bizi "telegram"da izləyin