Ordu.az xəbər verir ki, şirkət tankların pilotsuz uçuş aparatlarına qarşı radioelektron mübarizə avadanlığı və “Nakidka” radar uducu material (RAM) kamuflyajı ilə təchiz edildiyini açıqlayıb.
Məlumata görə, T-90M Sovet T-72 tankının modernləşdirilməsi kimi xarakterizə edilən əsas Rusiya tankı T-90-ın modernləşdirilmiş versiyasıdır.
T-90M yeni dizayn edilmiş qüllə, yenilənmiş atəşə nəzarət sistemi və digər alt sistemlərə malikdir. Tank 1130 at gücü olan V-92S2F dizel mühərrikinə malik modulyar hərəkət sistemi ilə təchiz edilib.
Daha öncə bildirilmişdi ki, Rusiya ordusu “Arena-M” aktiv qoruma sistemi ilə təchiz olunacaq T-90M “Proryv” tanklarının ilk partiyasını sifariş edib.
Sevinc Əliyeva
Ordu.az