Erməni ekspert: “Müharibə vaxtı London öz səsi ilə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı birgə bəyanatın qəbuluna mane oldu”

2024/09/1725953229.jpg
Oxunub: 446     12:39     14 Sentyabr 2024    
“Noyabrın 10-da biabırçı kapitulyasiya müqaviləsi imzalandıqdan sonra o dövrün hakimiyyət dairələri bütün səylərini əsirgəmədən xalqı inandırmağa çalışırdılar ki, həmin sənədin imzalanması ilə xalqı məhv edən faciələr prosesi başa çatacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Akunk” siyasi təhlil mərkəzinin rəhbəri, erməni ekspert Ruben Hakopyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, həmin gecə İrəvanda küçə qaynayırdı, xalq üsyanından dəhşətə gələn imza müəllifi bunkerdə gizlənmişdi.

“Bu gün bir çox insan hətta həmin müqavilədə qeyd olunan xəritəyə sahib olmaq istəyir. Amma bu, sadəcə olaraq arzuolunan düşüncə olardı. Məlum faktdır ki, Britaniya tərəfi bütün münaqişə boyu Azərbaycanın maraqlarını beynəlxalq platformalarda açıq şəkildə müdafiə edib. Hətta 44 günlük müharibə günlərində rəsmi London öz səsi ilə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı birgə bəyanatın qəbuluna mane oldu”, - deyə Hakopyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BMT   Qarabağ  


Bizi "telegram"da izləyin