Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, təşəbbüsün rəhbəri Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyandır.
Sarkisyan nəşrə açıqlamasında deyib ki, “Ermənistan mənəm” təşəbbüsü ilk növbədə fərdi və qrup məsuliyyətidir.
“Bu gün Ermənistan ontoloji problemlərlə üzləşib və bu təşəbbüs bizim bu gün Ermənistanda yaranmış reallığa cavabımızdır. O bu gün Ermənistan dövlətini parçalayan hərəkətlərə qarşı durmaq, qarşısını almaq və əməli addımlar atmaq üçün yaradılıb”, - deyə Sarkisyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az