Rusiya MN: Ötən gecə 144 Ukrayna dronu Rusiya ərazisinə hücum edib

2024/09/1725945135.jpg
Oxunub: 305     09:05     10 Sentyabr 2024    
Ötən gecə ərzində 144 Ukrayna pilotsuz uçuş aparatı Moskva vilayəti də daxil olmaqla Rusiya Federasiyasının doqquz regionu üzərində məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ukrayna dronlarından 20-si Moskva vilayəti üzərində məhv edilib və ələ keçirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Moskva yaxınlığındakı Ramenskoyedə PUA hücumu nəticəsində bir qadın ölüb (əvvəllər 9 yaşlı uşağın öldüyü bildirilirdi, lakin məlumat təsdiqini tapmayıb) və daha dörd nəfər yaralanıb.

Jukovski aerodromuna hücum etmək istəyərkən PUA-lar Sportivnıy proezdindəki yaşayış binalarına dəyib və orada yanğın başlayıb. Vısokovoltnaya küçəsindəki hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzillərə ziyan dəyib. 43 nəfər təxliyyə edilərək, Vorovski adına Mədəniyyət Sarayında və məktəbdə müvəqqəti yerləşdirilib.

Moskva vilayətinin qubernatoru bildirib ki, ümumilikdə ötən gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomnada 14 PUA-nı vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin