Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub

2024/09/1725944584.jpg
Oxunub: 244     03:03     10 Sentyabr 2024    
Sentyabrın 10-na keçən gecə Rusiyanın yeddi regionuna kütləvi dron hücumu olub.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV, habelə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqramda yazıb.

Rusiyanın Belqorod, Kursk, Oryol, Voronej, Tula və Kaluqa vilayətlərinin, habelə Krasnodar diyarının dron hücumuna məruz qaldığı bildirilir.

Boqomazın sözlərinə görə, Rusiya hərbçiləri Bryansk vilayəti ərazisində kütləvi dron hücumunu dəf edirlər.

“Bir saat ərzində Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri iyirmi bir təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – o vurğulayıb.

Eyni zamanda, mətbuatda işğal altındakı Krım yarımadasında da partlayış səslərinin eşidildiyinə dair məlumat yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dron  


Bizi "telegram"da izləyin