Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb

2024/09/1725889181.jpg
Oxunub: 349     17:27     09 Sentyabr 2024    
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, o, bu barədə Türk Dövlətləri ədliyyə nazirlərinin Astanada keçirilən iclasında çıxışı zamanı deyib.

Y.Tunç terrorun bəşəri cinayət olduğunu diqqətə çatdırıb.

O bildirib ki, türk dünyası daim haqqın, ədalətin yanındadır. Bildirib ki, “Gücümüz birliyimizdədir” şüarı ilə Türk dünyasını bütün sahələrdə daha da gücləndirmək hədəfdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terrorla-mübarizə  


Bizi "telegram"da izləyin