Ordu.az TASS-a istinadən xəbər verir ki, bu məlumatlar “Cluster Munition Monitor” koalisiyasının illik hesabatında təqdim olunub.
Hesabata görə, 2023-cü ildə kasetli sursatlar səbəbindən dünyada 219 nəfər ölüb və ya yaralanıb. Ekspertlər bildiriblər ki, 2023-cü ildə qurbanların sayı əvvəlki ilin rekord artımından əhəmiyyətli dərəcədə azalıb, lakin faktiki sayı çox güman ki, daha yüksəkdir. Onların dəqiq sayı açıqlanmır. 2023-cü ildə Ukrayna münaqişəsində 50-dən çox kasetli sursat hücumu qeydə alınıb, itkilərin sayı dəqiqləşdirilməyib. Ötən il kaset sursatlarının yeni qurbanları ilə bağlı məlumatlar digər ölkələrdən də gəlib. Söhbət Azərbaycan, İraq, Yəmən, Laos, Livan, Mavritaniya, Myanma və Suriyadan gedir.
Ordu.az